“İnter”in futbolçusu “Qarabağ”a keçir

“İnter”in futbolçusu “Qarabağ”a keçir “İnter”in hücumçusu Ağabala Ramazanov karyerasını “Qarabağ”da davam etdirəcək. Bu barədə APA-ya milli komandamızın üzvünün qardaşı Zaur Ramazanov məlumat verib.

O bildirib ki, tərəflər arasında artıq hərtərəfli razılıq əldə edilib: “Mən Ağabalanın “Neftçi”yə keçəcəyini gözləyirdim. Sonra o özü mənə zəng vurub soruşdu ki, “Qarabağ”dan təklif var, nə edim? Mən də dedim ki, keç, Allah xeyir versin”.

Ramazanov qardaşının “Qarabağ”la il yarımlıq müqavilə imzalayacağını söyləyib.
Şərhlər
İdman bölməsinin xəbərləri