Bakı Zooloji Parkının yeni loqosu təqdim edilib

Bakı Zooloji Parkının yeni loqosu təqdim edilib Bakı Zooloji Parkının loqo dizaynı ilə bağlı müsabiqə başa çatıb.

Qurumdan Trend-ə verilən məlumata görə, münsiflər heyətinin qiymətləndirilməsi əsasında ən yaxşı dizaynın müəllifi − Aydın Əsgərli müəyyən olunub.

Qalib loqo dizaynında Bakının tarixi abidəsi olan Qız qalasının fonunda əks olunan ölkəmizin “böyük Qafqaz beşliyi” – nəsli kəsilmək təhlükəsi ilə üzləşən beş heyvan növü təsvir olunub.

Müsabiqənin qalibi pul mükafatı və Zooloji Parkın xatirə hədiyyələri ilə təltif edilib.

Loqo dizaynı müsabiqəsi Bakı Zooloji Parkının 2018-ci ildə qeyd olunacaq 90 illik yubileyi ərəfəsində yenidənqurma və bərpa işlərinin aparılması çərçivəsində elan edilib. Təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və qəfəslərin beynəlxalq standartlara uyğunlaşdırılması, ərazidə müxtəlif təyinatlı əyləncə obyektlərinin istismara verilməsi və s. nəzərdə tutulur.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57