"Xəzər Lənkəran" yarımfinalın ilk oyununda uduzdu

"Xəzər Lənkəran" yarımfinalın ilk oyununda uduzdu Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

Trend-in məlumatına görə, ilk görüş "Bakı" ilə "Xəzər Lənkəran" arasında baş tutub. "Bakı" doğma meydanda Lənkəran təmsilçisinə qalib gəlib.

Gərgin keçən matçda bir qol qeydə alınıb. "Bakı"nın futbolçusu Marius Pena 84-cü dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb (1:0).

Digər oyun isə "Neftçi" və "Qarabağ" arasında keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri