EMİNin növbəti Bakı konserti anşlaqla keçdi

EMİNin növbəti Bakı konserti anşlaqla keçdi8 dekabrda, Heydər Əliyev adına Sarayda populyar ifaçı EMİN-in növbəti konserti anşlaqla keçdi.

Konsertdən əvvəl Heydər Əliyev adına Sarayda avtoqraf-sessiya keçirildi və artistin bütün pərəstişkarları sevimli ifaçıdan avtoqraf ala, onunla ünsiyyətdə ola və «Love Is A Deadly Game» adlı yeni albomunu hədiyyə əldə edə bildilər!

Səhnə qarşısında istedadlı həmvətənimizin oynaq və lirik mahnıların sədaları altında həm tineycerlər, həm də orta yaşlı insanlar rəqs edirdilər. Eminin mahnıları öz səmimiyyəti, gözəl musiqi və aranjimanı, virtuoz musiqiçilərin və bək-vokalçıların mükəmməl ifası ilə insanların zövgünü oxşadılar.

Konsertin ən yaddaqalan məqamlarından biri EMİN-in cazibədar Ani Lorak ilə yeni duetləri oldu.

EMİN-in musiqili kumiri olan Müslüm Maqomayevin əziz xatirəsinə hərs olunmuş mahnısının ifasından konsert zalı gurultulu alqışlarla və "bravo" səsləri ilə salamladı. Dünyaşöhrətli Müslüm Maqomayevlə EMİN-in ifalarında "Sinyaya veçnost" mahnısının virtual duetini tamaşaçılar ayaq üstə qarşıladılar.

Emin dinləyicilərlə səmimi ünsiyyət qurur, kompliment deyir və fanatları ilə şəkil çəkdirirdi. Konsertdən həzz alan tamaşaçılardan qucaqdolu gül dəstələri musiqiçiyə bəxş olundu və konsertin sonunda dinləyicilərin xahişi ilə ifaçı öz mahnılarını ardı ardından ifa etməyə davam edirdi.


EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
EMİNin növbəti Bakı konserti anşlaqla keçdi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri