“Səs Azərbaycan” yenidən efirdə - Münsiflər dəyişir

“Səs Azərbaycan” yenidən efirdə - Münsiflər dəyişir “Səs Azərbaycan” musiqi yarışması efirə qayıdır.

“Qafqazinfo” ya daxil olan məlumata görə, layihə gələn ilin ilk aylarında AzTV-də yayımlanacaq.

Bildirilib ki, layihənin münsiflər heyətində dəyişiklik olacaq. Belə ki, keçmiş jürilərdən yalnız Mübariz Tağıyev layihədə iştirak edəcək.

Digər münsiflər Tünzalə Ağayeva, Faiq Ağayev və Manana Caparidze müsabiqəyə cəlb olunmayıb.

Yeni heyət barədə bir neçə sənətçinin adları məlum olub. Kürsüdə xalq artisti Zülfiyyə Xanbabayevanın əyləşəcəyi bildirilib.

Layihə əməkdaşları digər juri üçün Səbinə Babayeva və Dilarə Kazımova arasında seçim edir.

Məsələ ilə bağlı Azərbaycan Televiziyasının mətbuat xidmət ilə əlaqə saxlanılıb.

Bildirilib ki, onlarda hələlik belə bir məlumat yoxdur.

Xatirladaq ki, ötən mövsüm M. Tağıyevin komandasında yarışan Emiliya Yaqubova qalib olub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53