Azərbaycanı "Eurovision-2017"-də Diana Hacıyeva təmsil edəcək

Azərbaycanı "Eurovision-2017"-də Diana Hacıyeva təmsil edəcək “Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.


İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.


Dekabrın 5-də bununla bağlı iclas keçirilib. İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.


“Eurovision-2017" Ukraynada keçiriləcək.


Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”-in seçim turlarında iştirak edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53