Bakıda 3-cü mərtəbədən yıxılan azyaşlı sağ qalıb

Bakıda azyaşlı yaşadığı binadan yıxılıb.


APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 3 yaşlı Solmaz Məmmədova yaşadığı evin pəncərəsindən (3-cü mərtəbədən) aşağı düşüb.


Nəticədə xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti ağır qiymətləndirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri