Müğənninin çıxışı zamanı baş verən silahlı hücumun təfərrüatları ortaya çıxdı

Türkiyəli müğənni Kerimcan Durmazın Samsunda səhnə aldığı məkanda baş verən silahlı hücumun təfərrüatları ortaya çıxıb. İfaçının burnunun qırıldığı və qaşının partladığı məlum olub.

Türkiyə KİV-i xəbər verir ki, Durmaz hadisə ilə bağlı müsahibə verərkən “Mənimlə əlaqəli deyil. Hər hansı bir hücum yoxdur. Yalnız çaxnaşma oldu, qaçarkən ayağım burxuldu” demişdi.

Onun keçmiş meneceri isə “Renkli sayfalar” proqramına açıqlamasında “Havaya atəş açılıb, məkana hücum ediblər. Orada 10-15 adam Kerimcanı gözləyirmiş. Onu, dostunu və köməkçisini döyüblər. Kerimcan üzündən zərbələr alıb. Köməkçisinin qolu qırılıb. Hadisə yerinə gələn polislər zərərçəkənləri xəstəxanaya aparıblar” deyib.

Psixoloji olaraq böyük sıxıntı yaşayan Kerimcan Durmazın özünə qapıldığı və baş verənlərdən sonra dincəlmək üçün 15 günlük Amerikaya tətilə gedəcəyi iddia edilir.

Müğənninin müalicə aldığı xəstəxanaya qızı ilə birlikdə gələn anası oğlunun səhhəti ilə əlaqədar “Kerimcan çox yaxşıdır. Sağlamlığı yerindədir. Heç bir problem yoxdur. Döyülməyib, üzündə heç bir yara izi yoxdur” söyləyib.

Kerimcan Durmazın hücuma məruz qalmasından sonra müğənnilər Gülşen və Berkay da Samsundakı konsertlərini ləğv ediblər.


Oxu.Az
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri