Alsu Leyla Əliyevanın şeirinə bəstələnən mahnıya klip çəkdirdi

Alsu Leyla Əliyevanın şeirinə bəstələnən mahnıya klip çəkdirdi Rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnıya çəkilən klipini təqdim edib.


Live.Az xəbər verir ki, “Gedib bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) adlanan mahnının musiqisi Nigar Çəndirli və Dmitri Klimaşenkoya məxsusdur.


Klipin rejissorları Mariya Unjakova və Pavel Sidorovdur. Ekran işi ağ-qara fonda lentə alınıb.


Qeyd edək ki, Alsu 3-cü dəfə ana olduqdan sonra səhnə fəaliyyətinə ara vermişdi. Bu, ifaçının yaradıcılğına fasilə verdikdən sonra ilk işidir.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri