Bakıda təcili yardım maşını qəzaya uğrayıb, avtomobildə olan xəstə ölüb

Bakıda təcili yardım maşını qəzaya uğrayıb, avtomobildə olan xəstə ölüb Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 1-də Hövsan qəsəbəsində “Mercedes” markalı təcili yardım maşını ilə 1964-cü il təvəllüdlü Adil Hüseynovun idarə etdiyi “Azsamand” markalı avtomobil toqquşub. Nəticədə təcili yardım maşınında olan, insult keçirmiş xəstə, 1955-ci il təvəllüdlü Əliyev Faiq vəfat edib.


Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.


Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, xəstənin vəziyyəti çox ağır olub. O qeyd edib ki, təcili yardım maşını böyük sürətlə hərəkətdə olub, “Azsamand” markalı avtomobillə üz-üzə gəlib, avtomobil təcili yardım maşınına çırpılıb.


Şərhlər
Hadisə bölməsinin xəbərləri