Son 5 ildə Azərbaycanın internet bazarı 4 dəfə artıb

Son 5 ildə Azərbaycanın internet bazarı 4 dəfə artıb Son 5 ildə Azərbaycanda internet bazarının həcmi təxminən 4 dəfə, İT istehsal sahəsi isə 3 dəfə genişlənib.


APA-nın məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi «İllik hesabat»da bildirilir.


Hesabata əsasən, 2008-ci illə müqayisədə 2012-ci ildə telekommunikasiya sektorunun İKT sektorunda payı azalıb, İT sektorunun payı isə artıb. Belə ki, telekommunikasiya sektorunun payı 93%-dən 91%-ə enib, İT sektorunun payı isə 7%-dən 9%-ə yüksəlib.


Hesabatda bildirilir ki, ölkədə İKT sahəsində həyata keçirilən dövlət siyasətinin məqsədi informasiya cəmiyyətinə keçidin təmin olunması, informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi, idarəetmə prosesində vətəndaşların və sosial institutların iştirakının təmin olunmasıdır.


«Ölkədə İKT-nin inkişaf istiqamətləri 4 əsas strateji xətt üzrə müəyyən olunub. Bunlara elmtutumlu və innovativ İT məhsul istehsalı, İKT infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsi və tətbiqi coğrafiyasının genişləndirilməsi, «elektron hökumət» və elektron xidmətlərin inkişaf etdirilməsi, insan resurslarının inkişafı daxildir. Ötən il ərzində hər bir istiqamət üzrə uğurlara imza atılıb», - deyə hesabatda bildirilir.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51