"Beşiktaş"dan möhtəşəm geri dönüş

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun oyunları davam edir.

Trend-in məlumatına görə, "Beşiktaş" doğma meydanda "Benfika"nı qəbul edib.

İlk hissədə portuqaliyalılar meydan sahiblərinin qapısından 3 cavabsız top keçiriblər.

İkinci hissədə isə istanbullular təşəbbüsü ələ keçiriblər. Əvvəlcə 58-ci dəqiqədə Cenk Tosun "qayçı zərbəsi" ilə möhtəşəm qola imza atıb. 83-cü dəqiqədə Kuareşma penalti zərbəsini dəqiq yerinə yetirib. 6 dəqiqə sonra isə Abubakar hesaba tarazlıq gətirib - 3:3.

Beləliklə, B qrupunda 5 oyundan 8 xallı "Benfika" 1-ci, 7 xallı "Beşiktaş" 2-ci sıradadır. 4 oyundan 7 xallı "Napoli" isə hələlik 3-cüdür.

Şərhlər
İdman bölməsinin xəbərləri