“Real Madrid ”ın baş məşqçi təyin edilib

“Real Madrid ”ın baş məşqçi təyin edilib Karlo Ançelotti Madrid "Real" futbol klubunun baş məşqçisi təyin olunub.

Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

Ançelotti bu postda daha əvvəl London təmsilçisi "Çelsi"yə keçən Joze Mourinyonu əvəz edib.

Öz növbəsində, Loran Blan Fransanın "Pari Sen Jermen" klubuna Karlo Ançelottinin yerinə baş məşqçi təyin edilib.

Fransa klubu 47 yaşlı mütəxəssislə ikiillik müqavilə imzalayıb.

Blanın rəhbərlik etdiyi dövrdə Fransa millisi 2012-ci il Avropa çempionatında dördə bir finala qədər irəliləyib ki, burada da İspaniya yığmasına məğlub olub.

Ançelottinin rəhbərliyi altında "PSJ" ötən mövsüm Fransa çempionu olub.
Şərhlər
İdman bölməsinin xəbərləri