"Miss bikini" ABŞ-ın Birinci ledisi oldu

"Miss bikini" ABŞ-ın Birinci ledisi oldu ABŞ tarixində ilk çılpaq pozlar verən birinci ledi olub.

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp bütün rəqiblərini "darmadağın” edərək, dünyanın supergücə malik ölkəsinin prezidenti olub.

Eksentrik, dəlisov və populist Tramp bütün proqnozları darmadağın edib və öz siyasi etikadan kənar sərt ifadələri ilə ağdərili amerikalıların dəstəyini qazanıb.

Uğurlu təbliğat-təşviqat proqramının aparılmasında Donald Trampa onun 3-cü həyat yoldaşı Melani Tramp (Knavs) böyük dəstək olub.

Prezidentinlə bərabər ölkənin birinci ledisi də məlum olub – Melani Tramp.

Malanya Kvans 1970-ci ildə Yuqoslaviya Federativ Sosialist Respublikasında anadan olub. Milliyətcə sloveniyalıdır. O, Lyublyana universitetinin”Arxitektura və dizayn” ixtisasına qəbul olsa da, birinci kursdan sonra universiteti atıb və Milana gələrək 16 yaşından modellik karyerasına baş vurub. Melani 5 dil bilir: sloveniya, fransız, serb, alman, ingilis dillərini.

Melani 1999-cu ildə “Allure” jurnalının modeli olarkən Trampla tanış olur. Trampla münasibətləri Melaninin artıq peşəkar model kimi Nyu-Yorkda çıxışları zaman daha da möhkəmlənir, hətta radio-şouların birində Tramp birbaşa efirdən həyatının sevgilisindən danışır. Cütlük 2004-cü ildə nişanlanır, 2005-ci ilin yanvarında isə Trampın Floridadakı “Mara-a-Laqo” malikanəsinin sahəsi 17.000 fut olan salonunda, xeyli sayda dəvətlilərin iştirakı ilə evlənirlər. Bu, Trampın rəsmən 3-cü evliliyidir və Melani faktiki olaraq Trampı onunla evlənməyə məcbur edib.

2004-cü ildə Trampın qarşısında şərt qoyan Melani: “Ya evlənirsən, ya da mən gedirəm”-deyir. Toy günü Tramp yaxın tanışlarının birinə sualla müraciət edir: “Doğrudan o gözəl qızdır? Mənə elə gəlir ki, səhv etmirəm”. Melani istədiyinə hərtərəfli nail olur. Əgər boşanma olarsa, Melani Trampın sərvətinin 17 faizini alacaq. Üç arvaddan olan 5 uşaq və Melani arasında bərabər olaraq 17 faiz bölünəcək. Melani toya Trampın əvvəlki arvadları – İvana və Marlanı dəvət etsə də, onlar məşğul olduqlarını bildirərək ziyafətə gəlməyiblər.

Melaninin vanna otağında bütün əşyalar qızıldandı. Melani model kimi dəfələrlə “Həvvanın libası”nda şəkillər çəkdirib, onların ən maraqlısı 7 aylıq hamilə vaxtı qızıl bikinidə çəkdirdiyi fotodur.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri