UEFA “Xəzər Lənkəran” və “Qarabağ”ın oyunlarının vaxtını dəyişdi

UEFA “Xəzər Lənkəran” və “Qarabağ”ın oyunlarının vaxtını dəyişdi “Qarabağ” və “Xəzər Lənkəran” klublarının UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirəcəyi oyunlarının vaxtı dəyişdirilib.


Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinin "Metallurq"la (Makedoniya), “ağ-yaşıllar”ın isə "Slima" (Malta) ilə keçirəcəyi qarşılaşmalar nəzərdə tutulan vaxtdan 2 gün əvvəl keçiriləcək.


Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul olunub. Bu səbəbdən hər 2 matç iyulun 2-də baş tutacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri