Dünyanın ən dəyərli klubları və idmançılarının siyahısı açıqlanıb

Dünyanın ən dəyərli klubları və idmançılarının siyahısı açıqlanıbAmerikanın məşhur “Forbes” jurnalı 2016-cı ilin ən dəyərli idmançılarının və idman klublarının siyahısını açıqlayıb.


Live.az məlumatna görə, APA xarici mətbuata istinadən xəbər verir ki, ən dəyərli idmançıların sıralamasında ilk “10-luq”da iki futbolçu yer alıb.


Bunlar portuqaliyalı Kriştianu Ronaldo və argentinalı Lionel Messidi. “Real”ın qol “maşını” 21,5 milyon avroluq qiymətlə 6-cı yerə layiq görülüb. “Barselona”nın lideri isə 8-ci pillədə özünə yer tapa bilib. “Forbes”in hesablamasına görə, ilin ən dəyərli idmançısı tennisçi Roje Federerdi. Ötən ilin lideri Tayger Vuds isə bu dəfə 5-ciliklə kifayətlənib.


Ən dəyərli idmançılar:
1. Roje Federer (tennis – 40 milyon avro)
2. Lebron Ceyms (basketbol – 37,5 milyon)
3. Fil Mikelson (qolf – 31,5 milyon)
4. Useyn Bolt (yüngül atletika – 27,5 milyon)
5. Tayger Vuds (tennis – 25,5 milyon)
6. Kriştianu Ronaldo (futbol – 21,5 milyon)
7. Kevin Dyurent (basketbol – 17,5 milyon)
8. Lionel Messi (futbol – 16,5 milyon)
9. Rori Makilroy (qolf – 14,5 milyon)
10. Mahendra Sinq Doni (kriket - 12 milyon)


Dünyanın ən dəyərli klubu isə beysbol komandası “Nyu-York Yankiz”di. İlk “10-luq”da 4 futbol klubu var ki, onlar arasında ən qiymətlisi Madrid “Real”ıdı.

Ən dəyərli klublar:
1. “Nyu-York Yankiz” (beysbol – 605 milyon avro)
2. “Dallas Kovboyz” (amerikan futbolu – 530 milyon)
3. “Los-Anceles Leykers” (basketbol – 500 milyon)
4. “Real” (futbol – 475 milyon)
5. “Barselona” (futbol – 465 milyon)
6. “Mançester Yunayted” (futbol – 455 milyon)
7. “Nyu-York Niks” (basketbol – 410 milyon)
8. “Nyu-İnqlend Petriots” (amerikan futbolu – 395 milyon)
9. “Bavariya” (futbol – 390 milyon)
10. “Los-Anceles Dodjers” (beysbol – 375 milyon)
Şərhlər
İdman bölməsinin xəbərləri