Azərbaycan OPEK-in görüşünə dəvət aldı

Azərbaycan oktyabrın sonlarında Vyanada keçiriləcək OPEK-in Əlcəzair müqaviləsinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli komitəsinin iclasına rəsmi dəvət alıb.

Bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dəvəti qəbul etmək və iclasda iştirak etmək niyyətindədir: "Dəvət bu gün göndərilib. Bu, OPEK ölkələri nazirlərinin və təşkilata daxil olmayan istehsalçıların profil görüşü olacaq. İclas oktyabrın 28-31-də keçiriləcək. Bizim mövqeyimizə gəlincə, Azərbaycan iştirak etmək niyyətindədir".

Qeyd edək ki, sentyabrın 28-də OPEK-in Əlcəzairdəki qeyri-formal görüşündə hasilatın sutkada 32,5-33 milyon barel diapazonunda məhdudlaşdırılması ilə bağlı razılığa gəlinmişdi.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri