Dairəvi yolda yaranmış çatlar bərpa olunub

Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində yaranmış çatlar artıq bərpa olunub.

Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranmışdı: "Bu barədə məlumat daxil olan kimi “Azəravtoyol” ASC-nin mütəxəssisləri əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumuşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri