Yaponiyada törədilən silsilə partlayışlar nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bu gün Yaponiyanın Utsunomiya şəhərində törədilən silsilə partlayışlar nəticəsində ən azı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yaponiya polisi açıqlayıb.

Utsunomiya şəhəri xarici turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

***


Bu gün Yaponiyanın Totiqi əyalətindəki Utsunomiya şəhərində partlayış baş verib.

APA məlumatına görə, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Partlayış avtomobil dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb. Yaralılardan birinin durumu ağırdır. Hadisə yerində yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Hələ ki, hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri