Four Seasons Hotel Baku “Condé Nast Traveler’s 2016”oxucuların seçimi mükafatına layiq görülüb

Four Seasons Hotel Baku “Condé Nast Traveler’s 2016”oxucuların seçimi mükafatına layiq görülüb Bu gün Condé Nast Traveler sayca 29-cu – oxucuların seçimi mükafatının (Reader’s Choice Awards) nəticələrini elan etdi. Four Seasons Hotel Baku 95.50 xal ilə Cənubi Asiyanin Ən Yaxşi Otelləri, Bakı/Cənubi Asiya (“Top Hotels In Southern Asia, Baku/Southern Asia”) nominasiyasında qaliblər siyahısındadır. (Condé Nast Traveler’s 2016 Readers’ Choice Award “Top Hotels In Southern Asia, Baku/Southern Asia”)

Four Seasons Hotel Baku heyəti, Azərbaycanda ilk dəfə otellər arasında, Condé Nast Traveler’s 2016 Readers’ Choice Award 2016 mükafatının qalibi olmasına görə qürur duyur.

300,000-dən artıq oxucu – keçən illə müqayisədə təxminən iki dəfə çox – 8.4 dəqiqəlik sorğu ilə 7,394 otel, 606 şəhər, 500 kruiz gəmisi və 236 ada üçün səslər toplanıb. Nəticə nə olub? Dünyanın 1,402 ən yaxşı səyahət təcrübəsi vurğulanıb.

Four Seasons Hotel Baku 2012-ci ildə açılıb və tez bir zamanda bütün dünyadan təşrif buyuran qonaların, həmçinin Bakı şəhərinin sakinlərinin 1 nömrəli seçiminə çevrilib. Oteldə 29 suit və iki Prezident Lüks: Xəzər və Liman otaqları daxil olmaqla cəmi 171 qonaq otaq mövcuddur.

Prezident Lüks otaqlarının hər birinə: qonaq otağı, şəxsi nahar otağı, media otağı, şəxsi kabinet, geniş yataq otağı, bir neçə balkon və şəxsi SPA, fitness zalı daxildir.

Hər iki Prezident Lüks otağından Xəzər dənizinə və Bakı Bulvarına heyranedici mənzərə açılır.

Otel həmçinin möhtəşəm İtalyan restoranı Zafferano və əsl centlmenlər üçün Bentley’s Whisky Bar-ı təqdim edir. Eləcə də, ecazkar şüşə tavanlı su hovuzu və çoxsaylı SPA xidmətlərini təklif edən Jaleh SPA Otel qonaqlarına müstəsna xidmət göstərməyə hazırdır.

Four Seasons Hotel Baku “World Travel Awards” tərəfindən Azərbaycanın “Ən Yaxşı Otel 2015” və Azərbaycanın “Ən Yaxşı Lüks Otağı 2015 (Prezident Lüks Otağı)” nominasiyalarının qalibi olub. Həmçinin, Azərbaycanın “Ən Yaxşı SPA Məkanı 2015” nominasiyasında olmuş, eləcə də 2013 və 2014-cü illərdə bu nominasiyanın qalibi olmuş və “Prix Villégiature Awards 2014” tərəfindən Avropa Otelləri Arasında “Ən Yaxşı Çiçək Dizaynı” nominasiyasının qalibi olub.

The Condé Nast Traveler Readers’ Choice Awards mükafatı ən uzun ömürlü və səyahət sahəsində mükəmməlliyin tanınmasında ən prestijli mükafatdır və ümumilikdə “ən yaxşı səyahətin ən yaxşısı” kimi tanınır. Baş redaktor Pilar Guzmánın öhdəçiliyi altında oxucuların seçimi mükafatı (the Readers’ Choice Awards) bugünkü səyahətçiləri həvəsləndirən maraqlara daha seçici və özəl yanaşır.

Oxucuların seçimi mükafatı (the Readers’ Choice Awards) Condé Nast Traveler noyabr buraxılışında elan olunur, beynəlxalq qəzet köşklərində təqdim olunacaq tarix isə - 25 oktyabr, 2016-cı ildir. Tam siyahı eksklüziv olaraq aşağıdakı linkdə təqdim olunub: www.CNTraveler.com/rca.




Four Seasons Hotel Baku “Condé Nast Traveler’s 2016”oxucuların seçimi mükafatına layiq görülüb
Four Seasons Hotel Baku “Condé Nast Traveler’s 2016”oxucuların seçimi mükafatına layiq görülüb
Four Seasons Hotel Baku “Condé Nast Traveler’s 2016”oxucuların seçimi mükafatına layiq görülüb
Şərhlər
Sosial bölməsinin xəbərləri