Azərbaycan bankı Mərkəzi Asiyanın inkişaf etməkdə olan bazarlarının bankları siyahısındadır

2016-cı il üzrə “Mərkəzi Asiya ölkələrinin inkişaf etməkdə olan bazarlarının bankları”nın adı açıqlanıb.

APA xəbər verir ki, siyahıda “PAŞA Bank”ın da adı yer alıb.

Bankirlər, korporativ maliyyə institutları və analitiklər arasında keçirilən sorğu nəticəsində regionun 24 bankının adı siyahıya salınıb.

Qeyd edək ki, qiymətləndirmə aparılarkən reytinqdəki bankların aktivlərin həcmi, gəlirlilik, strateji əlaqələr, yeni biznes imkanlar və məhsullarda innovativlik, müştəri məmnuniyyəti və digər amillər nəzərə alınıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri