Azərbaycan avtomobil idxalını 5,8 dəfədən çox azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 3 906 ədəd avtomobil idxal olunub.

APA Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 19 009 ədəd avtomobil və ya 5,86 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 61 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 389 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 379 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 77 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri