Bu il Azərbaycanda 42,2 min nikah və 8,6 min boşanma qeydə alınıb

Bu ilin yanvar-avqust ayları ərzində qeydiyyat şöbələri tərəfindən 42,2 min nikah və 8,6 min boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olub.

Bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2622 nəfər gələn və 1205 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1417 nəfər təşkil edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri