Qusar “VAZ” markalı minik avtomobili ağaca çırpılıb

Qusar “VAZ” markalı minik avtomobili ağaca çırpılıb Qusar rayonu, Bədirqala kəndində (rayon mərkəzindən 5 km aralı) "VAZ" markalı minik avtomobili ağaca çırpılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü müxtəlif bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla sürücü avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Əməliyyat saat 08:53-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri