"Goldman Sachs": OPEC-in qərarı nefti 10 dollar bahalaşdıracaq

"Goldman Sachs": OPEC-in qərarı nefti 10 dollar bahalaşdıracaq OPEC tərəfindən neft hasilatının dondurulması "qara qızıl"ı 10 dollar bahalaşdıra bilər.

APA "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının analitikləri bildirib.

"OPEC tərəfindən sutkalıq hasilatının 32,5 - 33 mln. barrel dəhlizində müəyyən olunması neftin qiymətini dəstəkləməyə hesablanıb, lakin qısamüddətli perspektiv üçündür", - deyə bankdan bildirilib.

Bankirlər hesab edir ki, bazardakı qeyri-müəyyənlik yaxın aylarda da davam edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri