Müğənni Günay İbrahimli və Ayaz Qasımov yeni duetlərini təqdim ediblər

Müğənni Günay İbrahimli və Ayaz Qasımov yeni duetlərini təqdim ediblər Müğənni Günay İbrahimli və Ayaz Qasımov yeni duetlərini təqdim ediblər.

Live.az xəbər verir ki, musiqi parçası “Zəmanət” adlanır.

G. İbrahimli Ayazla işbirliyi barədə də məlumat verib.

Müğənni bildirib ki, musiqi layihəsi anidən meydana gəlib:

“Ayaz Qasımovla Novruz çəkilişində idik. O mənə dedi ki, yaxşı mahnılarım var, qulaq as, gör bəyənirsən? Elə maşında oturub dinlədik. Elə oradaca zümzümə etdik. Yanımızda olan həmkarlarımız bəyəndi, dedilər ki, duet şəklində oxusaz daha yaxşı olar.

Mahnının sözləri və musiqisi Gülnar Sultanovaya məxsusdur, Rasim Məmmədov da aranjiman edib. Fotoları isə Samir Atabəy çəkib. Planlaşdırmamışdıq, duet anidən baş tutdu”.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri