"Morgan Stanley": Dollar 5% ucuzlaşacaq

"Morgan Stanley": Dollar 5% ucuzlaşacaq "Federal Ehtiyat Sistemi (FED) bu il uçot dərəcəsini artırmayacaq".

APA xəbər verir ki, bunu "Bloomberg" agentliyinə açıqlamasında "Morgan Stanley" maliyyə-investisiya qrupunun qlobal strateji valyutalar blokunun rəhbəri Hans-Günter Redeker (Hans-Guenter Redeker) bildirib.

Onun sözlərinə görə, dollar perspektivdə 4-5% ucuzlaşacaq. "Məsələn, yapon yeni dollara qarşı 97-ci ilin səviyyəsinədək bahalaşa bilər", - deyə Redeker əlavə edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri