Nuri Sərinləndirici sarayda konserti baş tutub

Nuri Sərinləndirici sarayda konserti baş tutubTanınmış estrada ulduzu Nuri Sərinləndiricinin Heydər Əliyev Sarayında möhtəşəm konserti baş tutub.


Tanınmış estrada ulduzu Nuri Sərinləndirici 18 sentyabr Heydər Əliyev Sarayında möhtəşəm «Darıxdım» adlı konsert proqramı ilə çıxış edib.


Konsertdən öncə media mənsublarının suallarını cavablandıran müğənni, səhnədə rəngarəng repertuarla çıxış edəcəyindən danışdı: "İki il bundan əvvəl "Yaşıl Teatr"da baş tutan konsertimizin sonunda tamaşaçılarıma verdiyim sözü yerinə yetirəcəyəm. Zəngin proqramımızla zövqlərini oxşamağa çalışacağam. Səhnədə heç bir şou, rəqs olmayacaq. İki hissədən ibarət çıxışımda mən və tərəf müqabilim Jane Şirokih ən sevimli mahnılarımızı səsləndirəcəyik. Ümidvaram, hər şey əla olacaq".


Konserti "Nur" instrumental ansamblı müşayiət edirdi. Bir neçə ifadan sonra səhnəyə çıxan sevimli teleaparıcı Nərgiz Cəlilova, ansamblın bədii rəhbəri Coşqun Sadıqovu, konsertin musiqi rəhbəri, Azərbaycanın əməkdar artist Eldar Məmmədovu və eləcə də musiqiçi heyətini tamaşaçılara təqdim etdi. Mərhum sənətkar Məmmədbağır Bağırzadənin repertuarından mahnılar səsləndirən Sərinləndirici, onun əziz xatirəsini yad etdi. Bu ildə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın sonuncu duet ortağı kimi musiqi tarixinə adı yazılan Nuri, onunla birgə ifa etdiyi "Sevgi nağılı" mahnısını səsləndirdi, bu zaman ekranda onların Moskvada çəkilmiş klipi də yayımlandı. Hər ifası alqışlarla və gül dəstələri ilə mükafatlandırılan müğənni, 15 dəqiqəlik fasilədən sonra da musiqi ziyafətini qaldığı yerdən davam etdirdi. Konsertin yaddaqalan məqamlarından biri də Jane Şirokihin "Sarı gəlin" mahnısını Azərbaycan dilində oxuması oldu.


Nərgiz Cəlilova konsertin bitdiyini elan edəndə, sevənləri Nurini səhnədən buraxmaq istəmirdi. Yüzlərlə fanat səhnənin qarşısına toplaşaraq, öz kumirləri ilə şəkil çəkdirməyə arzulayırdı. Nuri, yorğun olsa da, həm zalda, həm də sarayın arxa qapısında şəkil çəkdirmək üçün növbəyə düzülən pərəstişkarlarının qəlbini qırmadı.




Nuri Sərinləndirici sarayda konserti baş tutub
Nuri Sərinləndirici sarayda konserti baş tutub
Nuri Sərinləndirici sarayda konserti baş tutub
Nuri Sərinləndirici sarayda konserti baş tutub
Nuri Sərinləndirici sarayda konserti baş tutub


Günel Həsənova.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53