Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində Azərbaycana 68 mlrd. dollardan çox sərmayə qoyulub

Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir.

APA xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, eyni zamanda SOCAR-ın təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir: "Birgə layihələrdə əməkdaşlıq etdiyimiz xarici partnyorlar arasında BP, “Total”, “Petronas”, TPAO, “Chevron”, “Statoil”, “LUKoil” və digər dünya miqyaslı şirkətlər vardır. HPBS-lər çərçivəsində 1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 68,2 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri