Təranə Qumraldan daha bir şok etiraf [Video]

Təranə Qumraldan daha bir şok etiraf [Video] Xəyanət üstündə boşanma xəbərləri ilə yerli medianın gündəmini zəbt edən Musa Musayev və Təranə Qumral cütlüyü ətrafında gedən söz-söhbətlər bitmək bilmir. ANS-in məlumatına görə, Musa Musayev Təranə Qumralı yataqda şəmkirli biznesmənlə tutduğunu üçün ayrıldığını açıqladıqdan sonra telefonunu söndürüb, heç kimlə əlaqə saxlamır. Onu əvəzinə qardaşları müxtəlif və təbii ki, Təranəyə qarşı qərəzli açıqlamaları ilə məsələnin daha da şişirdilməsinə nail oldular.

Xəyanət başında yaxalandığı iddia edilən Təranə Qumral isə dünəndən bəri verdiyi açlıqlamaları ilə özü-özünü təkzib edir. Dünənki müsahibələrində Musa ilə 3 ildir rəsmən boşandıqlarını və ayrı yaşadıqlarını deyən və istədiyi vaxt ərə getmək hüququna malik olduğunu qeyd edən T. Qumral, bu gün ANS PRESS-ə açıqlamasında təmamilə fərqli mövqedən çıxış etdi. Rəsmən boşandıqlarını təsdiq etsə də, qətiyyən ayrılmadıqlarını və birlikdə yaşadıqlarını bildirdi. Hələ üstəlik həyatında tək bir Musanı və hələ də onu sevdiyini etiraf etdi.

Təranə baş verənlərdə Musanın qardaşlarını günahkar bildi və həyat yoldaşı ilə onun borcları üzündən rəsmən boşandığını söylədi: "Musa həddindən artıq borc yığmışdı. Xəstə və psixi problemləri olan insandır. Bir yandan da qardaşları onu sıxışdırırdı. Hər dəfə ondan pul istəyirdilər. O da özündə olmayanda ondan-bundan alıb onlara verirdi. Bəli, 3 ildir boşanmışam. Amma ayrı yaşamırdıq, həmişəki kimi birlikdə idik. Rəsmən boşanmağımın borclarının üstündə oldu. Məqsədi onu bu işlərdən çəkindirmək idi. Daha doğrusu qorxutmaq üçün boşandım. Dedim, bəlkə özünə yığışar, borc almaqdan çəkinər. Bizim bir ovladımız var, heç vaxt onu atmaq fikrində olmamışam. Borcları başından aşıb-daşır".



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53