Futbol üzrə Azərbaycan millisi San-Marinoya qalib gəlib

Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürüb.

Azərbaycan millisi ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.

Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, yığmamız “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
San-Marino – Azərbaycan - 0:1
Qol: Ruslan Qurbanov, 45




APA
Şərhlər
İdman bölməsinin xəbərləri