“Neftçi” Hollandiyadan hücumçu transfer edir

Nikolas Kanalesin gedişindən sonra “Neftçi”nin heyətinə qatmaq istədiyi hücumçu müəyyənləşib. Live.az-ın APA istinadən verdiyi məlumata görə, “ağ-qaralar” Hollandiyanın “Neymegen” klubunun forvardı Melvin Platjenin xidmətində maraqlıdır.



24 yaşlı hollandiyalı hücumçunun Neymegenin eyni adlı təmsilçisi ilə 2014-cü ilə kimi müqaviləsi var. “Neftçi” etdiyi təklifə cavab gözləyir. Futbolçunun baş məşqçisi Aleks Pastorla problemi olduğundan, Bakı klubuna keçmək arzusundadır.



Qeyd edək ki, Platje 2011-ci ildən oynadığı “Neymegen”də 52 oyuna 13 qol vurub. O bunadək 4 il şərəfini qoruduğu “Volendam”da 100 matça 43 dəfə fərqlənib.
Şərhlər
İdman bölməsinin xəbərləri