"Reuters": Özbəkistan prezidenti İslam Kərimov vəfat edib

"Reuters": Özbəkistan prezidenti İslam Kərimov vəfat edib Özbəkistan prezidenti İslam Kərimov vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün Özbəkistan hökuməti İ. Kərimovun kritik durumda olduğunu açıqlamışdı.

İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə doğulub. 1989-cu ildə Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilib, sonra Özbəkistan SSR-in prezidenti, SSRİ dağıldıqdan sonra isə müstəqil Özbəkistanın prezidenti olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri