Bakı-Quba yolunda “Volkswagen” və “Lada”nın toqquşması nəticəsində üç nəfər ölüb

Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də “Volkswagen” markalı minik avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Məmmədov Elnur İsfəndiyar oğlunun və şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri