Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb

Sumqayıt şəhərinda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də Sumqayıt şəhərində 4 yaşlı Cavid Əlizadə evlərinin eyvanından (5-ci mərtəbədən) yıxılaraq 3-cü mərtəbədəki paltar sərilən zivəyə ilişərək asılı qalıb. Uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri