Moskvada baş verən yanğında ölənlərin sayı 17-yə çatıb

Moskva şəhərindəki mətbəə anbarında baş vermiş yanğında ölənlərin sayı 17-yə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 16 nəfərin meyiti binanın 4-cü mərtəbəsində, yataq otağı kimi istifadə olunan yerdə aşkarlanıb. Onlar yuxuda ikən tüstüdən boğulublar. Daha bir nəfər isə xəstəxanada ölüb.

Hadisənin ikin səbəbi kimi qısaqapanma göstərilir.

Ölənlərin Orta Asiya respublikalarından gələn miqrantlar olduğu bildirilir.

***


Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin şimal-şərqində yerləşən anbarda yanğın baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 16 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ölənlərin hamısının MDB ölkələrinin vətəndaşları olduqları bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə idarəsi faktı təsdiqləyib. Yanğın baş verən anbarın "Peçatnıy ekspress" mətbəəsinə məxsus olduğu açıqlanıb.

Yanğın söndürülüb.
Şərhlər
Dünya bölməsinin xəbərləri