Qarabağ” və “Qəbələ”nin qrup mərhələsində rəqibləri müəyyənləşib

Qarabağ” və “Qəbələ”nin qrup mərhələsində rəqibləri müəyyənləşib UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. APA-nın məlumatına görə, Monakoda baş tutan tədbirdə həlledici mərhələnin 48 iştirakçısının rəqibi bəlli olub.

Bu klublar hərəsində 4 komanda olmaqla 12 qrupa bölünüb. Ötən mövsüm olduğu kimi, yenidən qrup mərhələsinə yüksələn Azərbaycan klublarının da rəqibləri bilinib.

“Qəbələ” C qrupunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Mayns”la (Almaniya) mübarizə aparacaq. “Qarabağ” isə J qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan”la (Çexiya) qüvvəsini sınayacaq.

Bu mərhələnin oyunlarına sentyabrın 15-də start veriləcək. Növbəti oyunlar sentyabrın 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, dekabrın 6-da baş tutacaq.

Qeyd edək ki, İsveçin “Höteborq” klubunu keçən “Qarabağ” (0:1, 3:0) ardıcıl üçüncü, Sloveniya “Maribor”unu yolundan kənarlaşdıran (3:1, 0:1) “Qəbələ” isə ikinci dəfə qitənin nüfuzuna görə ikinci ən böyük turnirinin əsas raundunda mübarizə aparacaq.

Avropa Liqası
Qrup mərhələsi

A qrupu
“Mançester Yunayted” (İngiltərə)
“Fənərbaxça” (Türkiyə)
“Feyenoord” (Hollandiya)
“Zarya” (Ukrayna)

B qrupu
“Olimpiakos” (Yunanıstan)
APOEL (Kipr)
“Yanq Boyz” (İsveçrə)
“Astana” (Qazaxıstan)

C qrupu
“Anderlext” (Belçika)
“Sent-Etyen” (Fransa)
“Mayns” (Almaniya)
“Qəbələ” (Azərbaycan)

D qrupu
“Zenit” (Rusiya)
“Alkmaar” (Hollandiya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Dandalk” (İrlandiya)

E qrupu
“Viktoriya” (Çexiya)
“Roma” (İtaliya)
“Austria” (Avstriya)
“Astra” (Rumıniya)

F qrupu
“Atletik” (İspaniya)
“Genk” (Belçika)
“Rapid” (Avstriya)
“Sassuolo” (İtaliya)

G qrupu
“Ayaks” (Hollandiya)
“Standard” (Belçika)
“Selta” (İspaniya)
“Panatinaikos” (Yunanıstan)

H qrupu
“Şaxtyor” (Ukrayna)
“Braqa” (Portuqaliya)
“Gent” (Belçika)
“Konyaspor” (Türkiyə)

İ qrupu
“Şalke” (Almaniya)
“Zalsburq” (Avstriya)
“Krasnodar” (Rusiya)
“Nitsa” (Fransa)

J qrupu
“Fiorentina” (İtaliya)
PAOK (Yunanıstan)
“Slovan” (Çexiya)
“Qarabağ” (Azərbaycan)

K qrupu
“İnter” (İtaliya)
“Sparta” (Çexiya)
“Sauthempton” (İngiltərə)
“Hapoel” (Beer-Şeva, İsrail),

L qrupu
“Vilyareal” (İspaniya)
“Styaua” (Rumıniya)
“Sürix” (İsveçrə)
“Osmanlıspor” (Türkiyə)


***

Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ” klublarının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

15 sentyabr

“Qarabağ” - “Slovan”
“Anderlext” – “Qəbələ”

29 sentyabr

“Fiorentina” - “Qarabağ”
“Qəbələ” – “Maynts”

20 oktyabr

“Qarabağ” - PAOK
”Sent-Etyen” – “Qəbələ”

3 noyabr

PAOK - “Qarabağ”
“Qəbələ” – “Sent-Etyen”

24 noyabr

“Slovan” - “Qarabağ”
“Qəbələ” – “Anderlext”

8 dekabr

“Qarabağ” - “Fiorentina”
“Maynts” – “Qəbələ”
Şərhlər
İdman bölməsinin xəbərləri