Çempionlar Liqasında bütün qruplar müəyyənləşib

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Monakoda baş tutan püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Tədbirdə Avropanın ən güclü 32 komandası iştirak edib. Bu komandalar hərəsində 4 klub olmaqla 8 qrupa bölünüblər

32 iştirakçıdan 22-si birbaşa, 10-u isə pley-offdan qrupa yüksəlib. Komandalar püşkdən əvvəl 4 səbətə ayrılmışdılar.

Çempionlar Liqası
Qrup mərhələsi

I səbət
“Real” (İspaniya), “Barselona” (İspaniya), “Lester” (İngiltərə), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), MOİK (Rusiya)

II səbət
“Atletiko” (İspaniya), “Borussiya” D (Almaniya), “Arsenal” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Porto” (Portuqaliya), “Napoli” (İtaliya), “Bayer” (Almaniya)

III səbət
“Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Dinamo” (Ukrayna), “Lion” (Fransa), PSV (Hollandiya), “Sportinq” (Portuqaliya), “Brügge” (Belçika), “Borussiya” M (Almaniya)

IV səbət
“Seltik” (Şotlandiya), “Monako” (Fransa), “Beşiktaş” (Türkiyə), “Legiya” (Polşa), “Dinamo” (Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Rostov” (Rusiya).

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 13-14-də start veriləcək.

Qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib.

A qrupu
1. PSJ (Fransa)
2. “Arsenal” (İngiltərə)
3. “Bazel” (İsveçrə)
4. “Ludoqorets” (Bolqarıstan)

B qrupu
1. “Benfika” (Portuqaliya)
2. “Napoli” (İtaliya)
3. “Dinamo” (Ukrayna)
4. “Beşiktaş” (Türkiyə)

C qrupu
1. “Barselona” (İspaniya)
2. “Mançester Siti” (İngiltərə)
3. “Borussiya” (M) (Almaniya)
4. “Seltik” (Şotlandiya)

D qrupu
1. “Bavariya” (Almaniya)
2. “Atletiko” (İspaniya)
3. PSV (Hollandiya)
4. “Rostov” (Rusiya)

E qrupu
1. MOİK (Rusiya)
2. “Bayer” (Almaniya)
3. “Tottenhem” (İngiltərə)
4. “Monako” (Fransa)

F qrupu
1. “Real Madrid” (İspaniya)
2. “Borussiya” (D) (Almaniya)
3. “Sportinq” (Portuqaliya)
4. “Legiya” (Polşa)

G qrupu
1. “Lester” (İngiltərə)
2. “Portu” (Portuqaliya)
3. “Brügge” (Belçika)
4. “Kopenhagen” (Danimarka)

H qrupu
1. “Yuventus” (İtaliya)
2. “Sevilya” (İspaniya)
3. “Lion” (Fransa)
4. “Dinamo” Z (Xorvatiya)
Şərhlər
İdman bölməsinin xəbərləri