Berti Foqts: “Azərbaycanlı futbolçular elə bilirlər ki, hər şeyi bacarırlar”

“Azərbaycan futbolunda inkişaf çox aşağı sürətlə gedir. Bu da məni məyus edir”. APA-nın məlumatına görə, bunu Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la “Höteborq” arasında bu gün keçiriləcək cavab görüşü öncəsi geniş yazı hazırlayan İsveçin “expressen.se” saytı Azərbaycan futbolu ilə bağlı araşdırma aparıb. Diqqətçəkən məqamlardan biri məhz Berti Foqtsun fikirlərinə də yer verilməsidi. Yığmamızın keçmiş çalışdırıcısı ölkəmizdə fəaliyyətdə olduğu illərdəki kimi, yenə azərbaycanlı futbolçuları tənqid edib.

70 yaşlı mütəxəssis məşqçilərimizə də söz atıb: “Uşaq və gənclərə daha çox diqqət ayırmaq lazımdı ki, onlar inkişaf etsinlər, peşəkar futbolçu olsunlar. Azərbaycanlı oyunçular özlərini çox rahat hiss edirlər. Onlar elə bilirlər ki, artıq hər şeyi bacarırlar və çətin məşqlərə ara verirlər. Mən isə bunu sevmirəm. Futbol Azərbaycan üçün çox vacibdi və sosial baxımdan sonuncu sırada deyil. Gələcək perspektiv baxımından ölkə düzgün yoldadı. Bu mənada nikbinəm. Klubları böyük stadionlara və akademiyalara malikdi. Amma hər şey infrastrukturla olmur. Futbolçuları və məşqçiləri inkişaf etmək üçün addım atmırlar. Mən meydanları boş görəndə qəzəblənirəm”.

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasını çalışdırıb.
Şərhlər
İdman bölməsinin xəbərləri