Qadının 70 manatını alan şəxsə 8 illik həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azad Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatın görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Camalov 8 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Camalov Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatını və sənədlərini soyğunçuluq yolu ilə ələ keçirib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri