İnstagram Röya Ayxanın profaylını tanıdı

Azərbaycanın əməkdar artisti, estrada ulduzu Röya Ayxanın İnstagram-daki səhifəsi artıq rəsmi olaraq təsdiqlənib.


Dünya sosial şəbəkələri məşhurların bir çox səhifələrinə mavi işarə qoyurlar. Bu işarə səhifənin həqiqi olduğunu bildirir, eləcə də şou-biznes nümayəndəsinin ulduz statusunu təsdqiləyir.


Live.Az xəbər verir ki, “Facebook”da bir çox yerli ulduzlar bu “işarəni” artıq qazanıblar.


“Facebook”un arzulanan ulduz statusunu təsdiqləyən “işarəsini” Azərbaycan şou-biznesinin bir neçə nümaynədəsi alıb. Bu günlərdə isə bu işarəni Röya Ayxan alıb.


Şərhlər