Gəncədə 17 yaşlı qızın əməliyyat zamanı ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın “Yeni Gəncə” tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı toplanmış materialda A. Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyənləşməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri aparılıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Şərhlər
Hadisə bölməsinin xəbərləri