Manat rubl və lariyə nisbətən bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən APA-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 22-si ilə müqayisədə dəyişməyərək 1,6204 manat səviyyəsində qalıb.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,48% möhkəmlənərək 1,8369 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,79% azalaraq 0,0250 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi 0,11% möhkəmlənərək 0,5518 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1312 manatdır. Beləliklə, funt sterlinq 0,83%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,78% azalaraq 0,7123 manat təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri