Boltla yatağa girdi, fotolarını paylaşdı

Boltla yatağa girdi, fotolarını paylaşdı Dünyanın ən məşhur idmançılarından biri, yamaykalı sprinter Useyn Bolt 30 yaşının tamam olmasını Braziliyanın Rio-de-Janeyro şəhərində qeyd edib. O, internetdə tanış olduğu 20 yaşlı braziliyalı tələbəni Rionun gecə klublarından birinə dəvət edib.

Live.az məlumatına görə, bunu milli.az Daily Mail-ə istinadən bildirir ki, 9 qat Olimpiya çempionu 20 yaşlı riolu tələbə Ceydi Duarte ilə səhərədək əylənib.

Ceydi Boltla yatağa da girdiyini yazıb. O, "İldırım adam" kimi tanınan sprinterlə çəkdirdiyi intim fotolarını İnstagram-dakı və WhatsApp-dakı profillərində paylaşıb.
"Onun məşhur idmançı olduğunu bilmirdim. Normal insandır, əla gecə keçirdik", - Duarte yerli Extra qəzetinə bildirib.

Boltun sevgilisi, 26 yaşlı Kaşi Benetta olayı şərh etməyib.

Yamaykanın paytaxtı Kinqstonda isə Boltu gözləyirlər. Onun üçün təntənəli qarşılanma mərasimi hazırlanıb və hətta "Bolt Champion" adlı reqqi mahnı da bəstələnib.


Boltla yatağa girdi, fotolarını paylaşdı
Şərhlər
İdman bölməsinin xəbərləri