Türkiyədə toydatörədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb - YENİLƏNİB

Türkiyənin Qaziantep şəhərində törədilən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.

APA-nın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Qaziantep Valiliyi açıqlayıb.

***

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.


****

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

APA-nın “CNN Turk” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Partlayışın “canlı bomba” tərəfindən törədildiyini bildirib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.

**** 01.15

Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı partlayış törədilib. APA-nın xəbərinə görə, partlayış nəticəsində 8 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası cəlb olunub.

Məlumata görə, Qazıantep valisi Əli Yerlikaya hadisəni terror aktı adlandırıb.

Əli Yerlikaya partlayışın Akdere məhəlləsindəki düyün salonunda toy mərasimi zamanı baş verdiyini bildirib.

Hakim Ədalət və İnkişaf Partiyasının Qazıantepdən olan millət vəkili Mehmet Erdoğan “CNN Türk” telekanalına açıqlamasında partlayışın “canlı bomba” tərəfindən törədildiyini bildirib.

Partlayışın İŞİD terror qruplaşması tərəfindən törədildiyi ehtimal olunur.


**** 00.59

. Türkiyənin Qaziantep əyalətində toy məclisi zamanı partlayış baş verib.

APA-nın AFP -ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində yaralananlar var.
Şərhlər
Dünya bölməsinin xəbərləri