Tehran Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə Ərdoğanın da iştirakını arzulayır

"Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılmasını istərdik".

APA-nın məlumatına görə, bu sözləri İran xarici İşlər nazirinin müavini İbrahim Rəhimpur RİA Novosti agentliyinə müsahibəsində deyib.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri