FED uçot dərəcəsini dəyişməyib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iyunda baş tutan iclasından sonra iyun ayında əmək bazarında müsbət tendensiya müşahidə olunub, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirib.

APA xəbər verir ki, bu barədə FOMC-un iki günlük iclasının yekunlarına dair açıqlamasında bildirilir.

Bildirilir ki, iyun ayında məşğulluğun artması olduqca yüksək olub, bundan başqa, təsərrüfat subyektlərinin xərcləri artıb. "İnflyasiya 2% səviyyəsindən aşağı olaraq qalır ki, bu da energetika sahəsində qiymət azalması ilə bağlıdır", - deyə açıqlamada bildirilir.

FOMC-un gözləntilərinə görə, pul-kredit siyasətinin tədricən korreksiya olunması iqtisadi aktivliyi artıracaq, əmək bazarı isə güclənəcək.

"Qısamüddətli perspektivdə inflyasiya aşağı səviyyədə qalacaq, ortamüddətli perspektivdə isə 2%-dək artacaq", - deyə açıqlamada bildirilir.

FOMC əlavə edib ki, iqtisadiyyat üçün qısamüddətli risklər azalıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri