Skripkaçı Səlim "Gangnam style"la bağlı açıqlama verdi [Video]

Əməkdar artist, mahir skripka ifaçısı Səlim Abbasovun "Gangnam style" kompozisiyasına müraciət etməsi tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Musiqiçi ANS PRESS-ə açıqlamasında onun bu ifasını bəyənməyənlərə öz iradını bildirdi: "Başa düşə bilmirəm ki, bu insanlar nə istəyirlər? "Gangnam style" o qədər məşhur bir kompozisiyadır ki, bütün dünya bu musiqinin sədaları altında rəqs edir.

Hətta siyasətçilər, misal üçün deyə bilərəm ki, BMT-nin baş katibi Pan Gi Mun PSY ilə görüşdə bu mahnını rəqs etdi. "Gangnam style" pis musiqi olsaydı Madonna PSY ilə duet oxumazdı. Məşhurların çoxu bu mahnını oynadılar. Mənim "Gangnam style" oxuyub-oynamağımı bəyənməyənləri başa düşə bilmirəm, azərbaycanlı musiqiçinin təqdimatında niyə qəbul etmək istəmirlər? Pis olsaydı verilişlərdə, məclislərdə məndən bu mahnını istəməzdilər. Hara gedirəmsə məndən "Gangnam style"ı istəyirlər".

Qeyd edək ki, digər skripka ifaçılardan səhnədə performans göstərməyi İlə seçilən skripka ifaçısı ötən illərdə "Eurovision 2009"un qalibi Aleksandr Rıbakın skripka ilə ifa edərək oxuduğu "Fairytale" kompozisiyasına müraciət etmişdi.


шаблоны для dle 11.2
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Damlaya ağır itki

  • 12 фев, 12:10