Bakıda qadın ərini xüsusi amansızlıqla qətlə yetirib

Bakıda dəhşətli qətl törədilib.


Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 22-dən 23-nə keçən gecə Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Vüqar Kərimovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti yaşadığı evdə aşkarlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin V. Kərimovun arvadı Nuridə tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri