Bakıda turizm şirkətindən pul oğurlayan İran vətəndaşları tutulub

Bakıda turizm şirkətindən pul oğurlayan İran vətəndaşları tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 21-də Nəsimi rayonu ərazisindəki turizm şirkətlərindən birindən 1800 manat pul oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İran vətəndaşları Mostafa Oadsahah Jalalinejad, Minoo Gholamrasoul Ahmadi və qardaşı Fahmeh tutulublar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri